AZ

“Liverpul” Diogu Jotanın xatirəsinə 20 nömrəni əbədi dondurdu

İngiltərənin “Liverpul” klubu komandanın faciəvi şəkildə vəfat edən hücumçusu Diogu Jotanın şərəfinə 20 nömrəli formanı əbədi olaraq dondurdub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klubun açıqlamasında qeyd olunub:

“Bu, onun qürurla və şərəflə daşıdığı nömrə idi. Bizi saysız-hesabsız qələbələrə aparan 20 nömrə artıq əbədi olaraq Diogunun adına bağlı qalacaq. Ailəsi, həyat yoldaşı Rute ilə məsləhətləşmələrdən sonra klub qərara gəlib ki, bu nömrə bütün komandalar üçün – qadın komandası və akademiya da daxil olmaqla – dövriyyədən çıxarılsın.

Bu addım portuqaliyalı futbolçunun son beş ildə ‘Liverpul’un uğurlarına verdiyi töhfənin, komanda yoldaşları, əməkdaşlar və azarkeşlər üzərində buraxdığı dərin şəxsi təsirin rəmzidir.”

2020-ci ilin sentyabrında “Vulverhempton”dan “Liverpul”a keçən Jota 182 oyunda 65 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu müddətdə Premyer Liqa, İngiltərə Kuboku və iki dəfə İngiltərə Liqa Kubokunu qazanıb. 28 yaşlı hücumçunun vəfatı futbol ictimaiyyəti üçün ağır itkidir.

Seçilən
25
90deqiqe.az

1Mənbələr