AZ

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 57 823 nəfərə çatıb

İsrail ordusunun 7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı son 24 saatda 61 nəfər artaraq 57 823 nəfərə çatıb.

APA xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində Qəzza xəstəxanalarına 61 ölü və 231 yaralı gətirilib.

Hücumlar nəticəsində yaralıların sayının isə 137887 nəfərə yüksəldiyi bildirilir.

Həmçinin minlərlə cəsədin hələ də dağıntılar altında qaldığı bildirilir.
Seçilən
10
1
sherg.az

2Mənbələr