AZ

FOTO - Serbiya yığmasının müdafiəçisi Azərbaycana gətirildi

"Sumqayıt" növbəti transferini gerçəkləşdirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Kimyaçılar" son olaraq Serbiyanın “Radniçki” klubunda çıxış etmiş Aleksa Yankoviç ilə 2+1 illik müqavilə imzalayıb.

25 yaşlı cinah oyunçusu “Sumqayıt” FK-nın heyətində “11” nömrəli formada çıxış edəcək.

Serbiya “Partizan”ının yetirməsi olan Aleksa Yankoviç adıçəkilən ölkənin “Vozdovaç”, “Çukariçki”, “Radnikçi” kimi klublarının uğurları üçün çalışıb.

Yankoviç Serbiyanın U-16, U-17, U-18, U-19 və U-21 millilərində də çıxış edib.

Seçilən
37
sportinfo.az

1Mənbələr