AZ

"Milan" Nikolas Ceksonla maraqlanır

İtaliyanın “Milan” klubu “Çelsi”nin forvardı Nikolas Ceksonu transfer hədəfləri siyahısına daxil edib.

90deqiqe.Az-ın “Daily Mail”ə istinadən yaydığı xəbərə görə, “rossoneri” 24 yaşlı hücumçunun baş məşqçi Enso Mareska tərəfindən əsas heyətdə düşünülmədiyini nəzərə alaraq, onun transferini reallaşdırmağın mümkün olduğuna inanır.

London təmsilçisi Ceksonu satmağı hədəf kimi qoymasa da, futbolçuya 115 milyon avro qiymət qoyub. “Milan” isə bu məbləği ödəməyə hazır deyil, lakin vasitəçilər vasitəsilə futbolçunun “Çelsi”dən ayrılmağa razı salına biləcəyi ehtimalını araşdırır.

2023/2024 mövsümündə Cekson “zadəganlar”ın heyətində bütün turnirlər üzrə 37 oyuna çıxıb, 13 qol vurub və 6 məhsuldar ötürmə edib. Transfermarkt portalının qiymətləndirməsinə əsasən, futbolçunun bazar dəyəri 50 milyon avrodur. Seneqallı hücumçunun London klubu ilə müqaviləsi 2033-cü ilin yayına qədər qüvvədədir.

Seçilən
22
90deqiqe.az

1Mənbələr