"Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyinin sədri Səbinə Kərimova QHT.az portalının 10 illik yubileyi münasibətilə təbrik ünvanlayıb:
"Azərbaycanın qeyri-hökumət sektorunun səsi, vətəndaş cəmiyyətinin güzgüsü olan QHT.az portalını fəaliyyətdə olduğu müddət ərzində göstərdiyi peşəkarlıq, obyektivlik və ictimai faydalılıq missiyası münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Cəmiyyətə verdiyiniz informasiya dəstəyi, QHT-lərin səsini daha geniş auditoriyalara çatdırmaqda oynadığınız rol əvəzolunmazdır. Yeni fəaliyyət ilində sizə daha böyük uğurlar, daim inkişaf və geniş oxucu auditoriyası arzu edirik!
Vətəndaş cəmiyyəti sizinlə güclənir!"