BAKI, 12 iyul. TELEQRAF
İrana hücum öz məqsədlərinə çatmayıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin keçmiş baş naziri Ehud Barak Almaniyanın “Bild” qəzetinə müsahibəsində bildirib.
"Hər iki əsas məqsədə tam nail olunmayıb. İranın hərbi nüvə proqramı ciddi zədələnib, lakin tamamilə məhv edilməyib. İran əhəmiyyətli texniki təcrübəyə və təxminən 400 kiloqram zənginləşdirilmiş urana malik (nüvə silahı yaratmaq ərəfəsində olan) dövlət olaraq qalır" - deyə, keçmiş baş nazir qeyd edib.
Barak hesab edir ki, İranın nüvə silahının ortaya çıxması ehtimalı çoxlarının güman etdiyindən də yaxındır.
Onun sözlərinə görə, İran raket və buraxılış sistemlərinin istehsalı üzrə fundamental qabiliyyətini itirməyib.
Barak qorxur ki, gələcəkdə mümkün ssenarilərdən biri də İranın əvvəllər düşünüldüyündən daha sürətlə nüvə gücünə çevrilməsidir.