AZ

“Atletiko”nun sabiq futbolçusu "Turan Tovuz"da

"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi Roberto Olabeni transfer edib.

90deqiqe.Az xəbər verir ki, onunla 2 illik müqavilə imzalanıb.

2018-ci ildə Madrid “Atletiko”sunun heyətində UEFA Superkubokunu başı üzərinə qaldıran Olabe “Eybar”, “Alkorkon”, “Albasete”, “Deportivo”, “Estremadura”, “İbiza” klublarının formasını geyinib. 29 yaşlı futbolçu bir mövsüm Portuqaliyada legioner həyatı yaşayıb. O, “Tondela”nın heyətində 17 oyunda meydana çıxıb.

Seçilən
8
24
90deqiqe.az

10Mənbələr