Cəlilabad rayonunda yaşayış evində yanğın hadisəsi baş verib.
XəzərNews.az xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində, Cəbrail Həşimova məxsus birmərtəbəli, 3 otaqlı evdə qeydə alınıb. Ümumi sahəsi 108 kvadratmetr olan yaşayış evi qəfildən alovlanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin 88 kvadratmetrlik sahəsi və ev əşyaları yanaraq yararsız hala düşüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
İlkin ehtimallara görə, yanğının elektrik xətlərində yaranan qısaqapanmadan baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
Xəbər 1 dəfə oxunub.