BAKI. 12 iyul. TELEQRAF
"Əl-Qüds briqadaları"nın döyüşçüləri Qəzza zolağının Xan Yunis şəhərinin şimalında İsrail qüvvələrini 60 mm-lik minaatanlarla atəşə tutublar.
Teleqraf xəbər verir ki, bu barədə Fələstinin radikal "İslami Cihad" qruplaşmasının hərbi qanadı olan "Əl-Qüds briqadaları"nın bəyanatında deyilir.
Bundan əlavə, qruplaşmanın məlumatında Xan Yunisin cənubunda yerləşən Həlimə Məscidinin ətrafında İsrail hərbçilərinin 60 mm-lik minaatanlarla atəşə tutulduğu bidirilir.