AZ

Tramp iyulun 14-də Rusiyaya qarşı yeni sanksiyalar elan edə bilər

ABŞ prezidenti Donald Tramp iyulun 14-də Rusiyaya qarşı yeni sanksiyalar paketini elan edə bilər.

APA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“The Times” isə Trampın Çin, Hindistan və Türkiyə də daxil olmaqla Rusiya ilə neft ticarəti edən ölkələrə qarşı sərt ikinci dərəcəli sanksiyaların tətbiqi imkanını ciddi şəkildə nəzərdən keçirdiyini yazıb.

Burada Söhbət Rusiyadan idxala 500% rüsum nəzərdə tutan qanun layihəsinin dəstəklənməsindən gedir ki bu da əslində qlobal neft embarqosudur.

Agentliyin məlumatına görə, bu cür yanaşmaya səbəb Trampın Rusiya prezidentinin danışıqlardan imtina etməsindən və Ukraynadakı mülki hədəflərə zərbələri davam etdirməsindən narazılığı olub. Qeyd olunur ki, əvvəllər o, qanun layihəsinin çox sərt olduğunu desə də, indi onu diqqətlə nəzərdən keçirir.

Seçilən
2
3
apa.az

4Mənbələr