Rusiya Polşanın Kalininqraddakı Baş Konsulluğunu bağlayacaq. Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama verib. Rusiya Xarici İşlər Nazirliyi Polşanın Rusiyadakı müvəqqəti işlər vəkilinin nazirliyə çağırıldığını açıqlayıb. Polşanın Krakovdakı Rusiya Baş Konsulluğunu bağlamaq qərarı aldığı, Rusiyanın buna cavab verəcəyi bildirilib. Rusiya bəyan edib ki, Polşanın siyasəti ədalətsiz və düşməncə hərəkətlərindən qaynaqlanır və Rusiyaya qarşı heç bir düşmən hücumu cavabsız qalmayacaq. Qeyd edək ki, Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski Rusiyanın Kalininqraddakı Polşa konsulluğunu bağlamaq qərarının ədalətsiz olduğunu bəyan edib. O bəyan edib ki, Rusiyadan fərqli olaraq, Polşa Rusiya dövlətinə qarşı təxribat, kiberhücum hərəkətlərdə iştirak etmir.