AZ

Ən çox qazanan mühəndis “Meta”nı seçdi

Texnologiya nəhəngləri arasında süni zəka sahəsində rəqabət qızışarkən “Meta” şirkəti “Apple”ın baş mühəndislərindən biri Ruoming Panqı transfer edib. Metbuat.az “Bloomberg”ə istinadən xəbər verir ki, Panq üçün hazırlanan əməkhaqqı paketi 200 milyon dolları ötəcək. Bu məbləğ yalnız sabit maaşı deyil, həmçinin performansa bağlı bonus və səhmləri də əhatə edir. Beləliklə, Panq “Apple”da “CEO” Tim Kuk istisna olmaqla, bütün əməkdaşlardan daha yüksək qazanacaq. Ruoming Panq “Meta”nın Kaliforniyada yerləşən xüsusi layihəsində çalışacaq. “Süper Zəka Laboratoriyası” adlanan bu məxfi bölmə insan zəkanısını üstələyən süni zəka sistemləri üzərində işləyir. Laboratoriyaya yalnız Panq kimi yüksək səviyyəli mühəndislər deyil, həmçinin “OpenAI”dan ayrılan bir neçə təcrübəli mütəxəssis də cəlb olunub. Bu isə “Meta”nın süni zəka sahəsində iddialı planlarını ortaya qoyur.Prinston Universitetinin məzunu olan Ruoming Panq karyerasına “Google”da başlayıb və burada təxminən 15 il baş mühəndis kimi çalışıb. 2021-ci ildə isə “Apple”a transfer olunub. Mütəxəssislər onu maşın öyrənməsi sahəsində aparıcı mühəndis və yüksək səviyyəli proqramlaşdırma bacarıqlarına sahib lider kimi xarakterizə edirlər.

“Meta” rəhbəri Mark Zukerberq isə süni zəka strategiyasını başdan quraraq bu texnologiyanı sadəcə yardımçı vasitə yox, insan zəkanısını üstələyəcək sistem səviyyəsinə qaldırmağı hədəflədiyini bildirib.

Seçilən
35
1
metbuat.az

2Mənbələr