AZ

Borna Sosa “Ayaks”ı “Kristal Pelas”a dəyişdi

Futbol üzrə Xorvatiya millisinin və “Ayaks”ın sol cinah müdafiəçisi Borna Sosa bundan sonra “Kristal Pelas”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

“Kristal Pelas” bu transfer üçün “Ayaks”a 2,3 milyon avro ödəyib. 27 yaşlı futbolçu London klubu ilə müddəti 2028-ci ilin iyun ayına qədər qüvvədə olacaq 3 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Borna Sosa Zaqreb “Dinamo”sunun yetirməsidir. Xorvat futbolçu karyerası ərzində “Ştutqart” və “Torino” kimi klubların da formasını geyinib. O, 2023-cü ilin yayında 8 milyon avro müqabilində keçdiyi “Ayaks”ın əsas komandasında cəmi 25 oyuna çıxıb və 5 assistlə yadda qalıb.

Xorvatiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Sosa 2021-ci ilin sentyabrında əsas millidə debüt edib. Müdafiəçi millidə 26 oyuna çıxıb, 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 4,5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
27
arena.az

1Mənbələr