AZ

Qatil doktorun maskası düşür: "Öldürmək istədim, çünki... sevirdim"

 
"Berlinin mərkəzində palliativ yardım adı altında ən azı 15 insanın həyatına son qoyan həkimin məhkəməsi başlayır..."
 
2025-ci ilin iyulun 14-də Berlində Almaniya tarixinin ən dəhşətli tibbi cinayətlərindən biri üzrə məhkəmə prosesi başlayır. Müttəhim kürsüsündə 40 yaşlı həkim, palliativ yardım üzrə mütəxəssis Yohannes M. dayanır. O, ən azı 15 ölüm hadisəsində ittiham olunur, onlardan 12-si yalnız son bir ildə baş verib. Daha 96 ölüm faktı üzrə araşdırma aparılır.
 
Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co" nəşri yazıb.
 
Yohannes M. bu insanları sakitləşdirici və əzələ boşaldıcı qarışıqlardan ibarət ölümcül inyeksiyalarla qətlə yetirib. Bəzi hallarda isə cinayətin izlərini itirmək üçün onların evlərini yandırıb. O, doktorluq dissertasiyasını məhz bu mövzuda yazıb: "İnsanlar niyə adam öldürür?" və orada belə etiraf edib: "Qocaların daha çox öldürüləcəyini gözləyirdim".
 
Simasız qəhrəman: İnsani maska altında cani
 
Bu gün günahkar kürsüsündə oturan həkim bir zamanlar müalicəsi mümkün olmayan xəstələrin sevimlisi olub. Onun zərif zarafatları, sakit davranışı xəstələrin əhvalını yaxşılaşdırır, ailələrə ümid verib. İş yoldaşları onu peşəkarlığına və insanlara yardım etməyə daim hazır olmasına görə örnək sayıb.
 
Amma əslində o, 12 il ərzində sistemli şəkildə adam öldürən bir serial qatili olub. Dissertasiyasında iqtibas gətirdiyi psixiatrın fikrinə görə, "qətl insani davranış spektrinin bir hissəsidir". İndi isə sual budur: O, dissertasiyasının mövzusunu həyatına uyğunlaşdırıb, yoxsa həyatını bu mövzuya çevirib?
 
Ölüm, yanğın və susqunluq
 
İttihamlara əsasən, Yohannes M. 2021-ci ilin sentyabrından 2024-cü ilin iyuluna qədər azı 15 nəfəri öldürüb. Cinayətlərin bəzi detalları insana dəhşət gətirir.
 
Məsələn, 2024-cü ilin mayında Yohannes 87 yaşlı qadının evindən klinika rəhbərinə zəng edərək, "ev alov və tüstü ilə doludur" deyib. Həmin qadın bir neçə saat yaşadılıb, lakin elə həmin həkim "bu, onun son arzusu idi" deyərək süni həyat dəstəyinin kəsilməsini istəyib və heç kim şübhələnməyib.
 
2023-cü ildə o, həkim kimi çalışmasa da, 2024-cü ildə fəaliyyətə dönəndə qətllər yeni vüsət alıb: cəmi yeddi ayda 12 nəfəri öldürüb. Qurbanların əksəriyyəti hələ yaşamaq istəyirdi. Məsələn, 57 yaşlı qadın həkimə müraciət etməzdən bir neçə gün öncə nəvəsinin məktəbə getməsini səbirsizliklə gözləyirdi. Amma həmin "iynədən" sonra onun bu arzusu həyata keçmədi.
 
Bəzi hallarda həkim ölüm ayağında olmayan, hətta tezliklə evə buraxılmağa hazırlanan xəstələri də hədəf seçib. Belə hallardan birində o, yaşlı bir xəstəni dostunun yanından ayırıb palataya aparır və "bir iynə vuracaq" deyir. On dəqiqə sonra xəstə artıq həyatda olmur.
 
Qurbanlar çox, cavablar az
 
Yohannes M.-yə qarşı ilk şübhələr 2024-cü ilin yayında - cəmi altı həftə ərzində dörd eyni cür ölüm və ev yanğını hadisəsindən sonra yaranır. Həkimin evə çağırılmasının zəruriliyi olmadığı halda, hər dəfə evlərə gedib qayıtdıqdan sonra insanlar ölür və evləri yanırdı. Həmin həkim haqda polisə məlumat verən həkim həmkarının sayəsində Yohannes M. tətildən qayıdarkən hava limanında saxlanılır.
 
İstintaq onun ölümcül inyeksiyaları tərkibində anesteziya və miorelaksant (əzələləri iflic edən dərman) qarışığı istifadə etdiyini ortaya çıxarıb. Bu, insanın tənəffüs əzələlərini bloklayır və boğularaq ölümə gətirib çıxarır. Beş hadisədə Yohannes evləri də qəsdən yandırıb. Bir dəfə isə o, xəstəni qızının gözü qarşısında öldürüb.
 
Almaniya səhiyyəsində ikinci Hegel?
 
Bu hadisə 2019-cu ildə 87 xəstəni öldürməkdə təqsirli bilinən məşhur alman həkimi Nils Hegelin cinayət seriyasını xatırladır. Hər ikisi - Yohannes və Hegel xəstələrə yavaş təsir edən dərmanlar verərək onların ölümlərini "təbiiləşdirib", uzun illər maskalanmış şəkildə fəaliyyət göstəriblər.
 
Yohannes M.-nin dissertasiyasının 37-ci səhifəsində yazdığı bir cümlə onun qaranlıq niyyətlərini tam açır: "Qocaların öldürülməsinə daha çox yer vermək istəmişdim. Onların sayı daha çox olmalıydı, amma bu baş vermədi. Ona görə də ilkin hədəfimə - qayğıya ehtiyacı olan qrup üzərində qətlləri araşdırmaq məqsədinə çatmadım".
 
Təbabət ağ xalatlı mələklərə də, maskalanmış qatilə də "ev sahibliyi" edə bilər
 
Bu cinayət işi Almaniyada yalnız məhkəmə zalında deyil, həm də cəmiyyətin şüurunda dərin iz buraxacaq. Palliativ yardım, əslində, insan ağrısını azaltmaq və həyat keyfiyyətini qorumaq üçündür. Amma bu işdə bir insan onu ölüm silahına çevirib. Və biz hələ neçə belə maskalanmış qatilin tibbin arxasında gizləndiyini bilmirik...
Seçilən
13
moderator.az

1Mənbələr