AZ

Bakıya gələn braziliyalı iki nəfərin adını çəkdi

Karyerasını Azərbaycanda davam etdirəcək braziliyalıların sırasına daha biri qoşuldu.

Buna qədər vətəni ilə yanaşı, Bolqarıstanda legioner həyatı yaşamış Bruno Franko bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün tər tökəcək.

Sol cinah müdafiəçisi ölkəmizə gəlməmişdən əvvəl müsbət fikirdə imiş. “Araz-Naxçıvan”ı seçməsinin səbəbinə gəlincə...

Öz dilindən eşidək:

“Qərar verərkən işimi asanlaşdıran məsələ o idi ki, daha öncə burada oynamış dostlarımdan Azərbaycan barədə eşitmişdim. Onlar mənə yalnız xoş sözlər demişdilər.

Açığı, diqqətimi çəkən önəmli məqam “Araz”ın Konfrans Liqasında mübarizəyə hazırlaşmasıdır. Məhz bu səbəbdən düşünməyə çox vaxt itirmədim.

Brunoya Azərbaycan barədə məlumat verən “Sumqayıt”ın futbolçuları olub:

“Burada oynamış futbolçular arasında tanıdıqlarım var idi. Hazırda “Sumqayıt”da çıxış edən Alan Dias və ötən il həmin komandada oynamış Oktavio Manteka. Hər ikisini əvvəldən tanıdığımdan, bəzən onlarla söhbət edirdim”.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
5
sportinfo.az

1Mənbələr