Rumıniyada ayı ilə qarşılaşan italiyalı kişi selfi çəkdirmək istəyərkən yırtıcının hücumuna məruz qalıb və öldürülüb.
"Unikal" xəbər verir ki, İtaliyadan olan 33 yaşlı turist Omar Faranq Zin motosikletlə Rumıniyanı gəzirmiş. O, Transfaqarasan şossesi ilə hərəkətdə olarkən yolun kənarında ayı görüb. Kişi dayanıb, velosipedindən düşüb və yırtıcıya yem vermək istəsə də, o, qəfil hücum edərək adamı dərəyə sürükləyib.
Digər motosikletçilər xilasediciləri çağırıblar, onlar özləri aqressiv ayı ilə qarşılaşıb və təhlükədə olduqlarını anlayıblar. Nəticədə, heyvan zərərsizləşdiirlib.
Zinin telefonunda ayının hücumdan bir qədər əvvəl çəkilmiş fotoşəkilləri tapılıb. Videolardan birində Ömər: "Bax, ayı! Necə də gözəl!" deyib, digərində isə heyvanın ona tərəf gəldiyini qeyd edib.
İtalyan Lombardiyada yaşayırdı və Malpensa hava limanının işçisi olub.