AZ

Sumqayıtda mənzildə yanğın baş verib

Sumqayıtda mənzildə yanğın baş verib.

“Report”un yerli bürosu məlumat verir ki, 1955-ci il təvəllüdlü Hüseynov Rəfael Əli oğluna məxsus, 45-ci məhəllə, ev 3/52, mənzil 51 ünvanında yanğın qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub, alovun qarşısı vaxtında alınıb.

Hadisənin səbəbləri araşdırılır.
Seçilən
12
8
sherg.az

9Mənbələr