AZ

Flikdən "Barselona"nın qolkiperinə ismarıc - əsas qapıçı olmayacağını bildirdi

Hansi Flik və Mark-Andre ter Ştegen arasında söhbət baş tutub.

Sportal.az xəbər verir ki, "Diario Sport"un məlumatına görə, "Barselona"nın baş məşqçisi qapıçıya yeni mövsümdə əsas qapıçı olmayacağını bildirib.

Flik alman futbolçuya bildirib ki, qapıçı Joan Qarsiyanın transferi strateji qərardır. Yeni oyunçu məşqçilər heyətinin və klub rəhbərliyinin tam etimadını qazanıb.

Bununla belə, qeyd olunur ki, "Barselona" ter Ştegenin istənilən qərarına hörmətlə yanaşacaq, istər qalmaq, istərsə də klubdan ayrılmaq istəsin.

saytlarin hazirlanmasi

Seçilən
8
1
sportal.az

2Mənbələr