"Qarabağ" heyətini Kris Kuaku ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, fil dişi sahilindən olan yarımmüdafiəçi ilə 2+2 illik müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

K. Kuaku yeni klubunda 6 nömrəli formanl geyinəcək.

Ağdam təmsilçisi 25 yaşlı futbolçunu Portuqaliyanın "Mafra" klubundan transfer edib. O, bundan başqa Tunisin "Sfaksien" və Danimarkanın "Midyulland" klublarında çıxış edib.

Kuaku bu yay "Qarabağ"ın 3-cü transferi olub. "Köhlən atlar" ondan başqa braziliyalılar - Dani Bolt və Pedro Bikalyonu heyətinə qatıb.