AZ

Niyə isti havalarda aclıq hissi az olur?

“Aclıq hissi tərləmə nəticəsində bədənin maye itkisi səbəbindən susuzluqla yatırıldığı üçün isti havalardan hiss edilmir”.

Qaziler.az xəbər verir ki, bunu nutrisioloq Natalya Çayevskaya “NEWS.ru”ya bildirib. Onun sözlərinə görə, istidə yüksək kalorili qidaya və enerjiyə ehtiyac azalır.

İsti havalarda bədənin istiliyi yüksəlir və bədən istilik mübadiləsini saxlamağa çalışır. Bunun üçün ağır, yüksək kalorili qidalara ehtiyac azalır, çünki əsas diqqət su və yüngül qidaların istehlakına verilir. Yüksək temperatur maddələr mübadiləsinin artmasına səbəb ola bilər, lakin eyni zamanda daha kiçik enerji ehtiyatları tələb olunur ki, bu da iştahın azalmasına səbəb olur. İkincisi, istidə bədən tərləmə ilə çoxlu maye itirir ki, bu da susuzluq hissinə səbəb ola bilər. Odur ki, suyun tez-tez qəbulu aclıq hissini yatırır. Bir sözlə, bədən yeməyin heyində olmur”, - Çayevskaya bildirib.

O qeyd edib ki, isti havalarda insanlar adətən meyvə, tərəvəz və soyuq yeməklər kimi yüngül və təzə yeməklər istəyirlər. Nutrisioloqun sözlərinə görə, istidə diskomfort yarada bilən ağır yeməklərdənsə, belə məhsulların qəbulu orqanizm üçün daha asan həzm olunan olur.

QAZİLER.AZ

Seçilən
23
2
qaziler.az

3Mənbələr