AZ

Yeni baş məşqçini bölgə klubunda gözləyən BÖYÜK TƏHLÜKƏ!

"Kəpəz" yenidən yığılır.

Heyətin böyük əksəriyyəti ilə yollar ayrılıb.

Yenilənən komanda üçün ilk turlar mütləq çətin keçəcək.

Arxada qalan 3 mövsüm bölgə klubu eyni təcrübəni yaşayıb.

Yalnız mövsümün gedişində vəziyyəti düzəltmək mümkün olub.

Bəlkə bu dəfə də eyni ssenari yaşandı.

Ancaq bu yolda qurban tələb olunur. Ki, "Kəpəz" azarkeşləri uzun müddət səbr etmək istəmir.

Yeni rəhbərlik var, büdcə əvvəlki illərlə müqayisədə bir xeyli artıb.

Belədə startda ehtimalı yüksək olan uğursuzluq bağışlamayacaq.

Hətta bu barədə baş məşqçi Adil Şükürova xəbərdarlıq da edilib.

Yerli futbolsevərlər təcrübəli mütəxəssisə yolladıqları mesajda maksimum sentyabra kimi özünü göstərməsi üçün vaxtı olduğunu bildiriblər.

Əks halda, istefa havası növbəti dəfə Qərb təmsilçisinin qapısının önünü kəsəcək.

Qısası, Şükürovu çox ağır dönəm gözləyir.

Təcrübəsi var, qısa müddət əvvəl oxşar taleyi yaşayıb.

Köməyinə çatacaqmı? Onu zaman daha dəqiq göstərəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
9
sportinfo.az

1Mənbələr