Azərbaycan çempionu “Qarabağ” heyətini yeni futbolçu, 25 yaşlı dayaq yarımmüdafiəçisi Kris Kuaku ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Portuqaliyanın “Mafra” klubundan transfer olunmuş futbolçu ilə 2+2 illik müqavilə imzalanıb. Kuakunun “Mafra” ilə 2026-cı ilin 30 iyununa qədər müqaviləsi olduğu üçün, Ağdam klubu Portuqaliya təmsilçisinə müəyyən təzminat ödəməli olub.
Yarımmüdafiəçi “Qarabağ”da 6 nömrəli forma ilə çıxış edəcək.
Kot-d’İvuardan olan Kris Kuaku peşəkar karyerasına Tunisin “Sfaksen” klubunda başlayıb. 25 yaşlı futbolçu 2022/2023-cü illər mövsümündə “Midtyulland”ın uğurları üçün çalışıb. “Mafra” onu 2023-cü ilin dekabr ayında heyətinə qatmışdı. 25 yaşlı yarımmüdafiəçi Portuqaliya klubunun əsas komandasında meydana çıxdığı 84 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
“Qarabağ” daha öncə Dani Bolt və Pedro Bikalyonu da transfer etmişdi. Rüstəm Əhmədzadə isə icarədən qayıdıb. Yassin Benzya, Patrik Andrade, Marko Veşoviç, İsmayıl İbrahimli və Redon Cica da komandanı tərk ediblər.