AZ

Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib

BAKI. 11 iyul. TELEQRAF

Ukrayna silahların tədarükü və öz ərazisində istehsalın artırılması istiqamətində tərəfdaşlarla işləyir.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Artıq yaxşı razılaşmalarımız var. Biz daha çox razılaşmalar gözləyirik, növbəti həftələrdə bunun üçün çalışacağıq. Daha çox gücə, daha çox vasitəyə, səmanın təhlükəsizliyinin daha yaxşı təmin edilməsinə, daha çox hava hücumundan müdafiə sistemlərinə malik olmaq üçün hər bir razılaşmanı mümkün qədər tez həyata keçirmək vacibdir. Bu, əsas prioritetdir", - o, axşam videomüraciətində deyib.

Prezident bu məsələ ilə bağlı Avropadakı müttəfiqlərindən və Amerika Birləşmiş Ştatlarından (ABŞ) “yaxşı siqnallar” aldıqlarını, eləcə də ABŞ-dən Ukraynaya silah tədarükünün bərpa edildiyini söyləyib.

"Növbəti həftə ABŞ tərəfi ilə hərbi səviyyədə işləməyə davam edəcəyik. Biz Avropanın yeni müdafiə paketlərini də hazırlayırıq. Biz yaxın vaxtlarda Rusiyaya qarşı sanksiyalar üzrə güclü addımların şahidi olacağıq - təzyiq işə yarımalıdır", - o əlavə edib.

Seçilən
14
8
teleqraf.com

10Mənbələr