AZ

The Telegraph: Ukraynanın müttəfiqlərinin tərəddüdü Putinə müharibəni davam etdirməyə imkan verir

11 iyul — Fransanın prezidenti Emmanuel Makron Böyük Britaniya parlamentində çıxışı zamanı Avropanın Ukraynanı heç vaxt tək buraxmayacağını bəyan edib. Həftə ərzində “istəkli ölkələr koalisiyası” da Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliklərini bir daha təsdiqləyiblər.

Lakin Böyük Britaniyanın nüfuzlu The Telegraph nəşrində jurnalist Liza Hazeldaynın yazdığına görə, bu tip yüksək səslə verilən vədlər çox zaman qətiyyətli addımlarla müşayiət olunmur. Onun fikrincə, bu cür tərəddüdlü yanaşmalar Rusiya prezidenti Vladimir Putinə atəşkəs barədə düşünmək əvəzinə, müharibəni davam etdirməyə şərait yaradır.

Hazeldayn qeyd edir ki, Qərbin Ukraynaya həmrəylik çağırışları çox zaman “boş səslənir” və real təsir gücündən uzaqdır.

//Samir Qurbanov, Editor.az

Seçilən
28
editor.az

1Mənbələr