“Ukrayna öz ərazisində silah tədarükü və istehsalını artırmaq üçün tərəfdaşlarla işləyir.”
APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
"Artıq yaxşı razılaşmalar var. Biz daha çox razılaşmalar gözləyirik, qarşıdakı həftələrdə bunun üçün çalışacağıq. Həqiqətən daha çox qüvvə, daha çox resurs, hava hücumundan maksimum müdafiə, daha çox HHM sistemi əldə edə bilmək üçün hər bir razılaşmanı mümkün qədər tez həyata keçirmək vacibdir. Bu, əsas prioritetdir", - Zelensi videomüraciətində deyib.
Zelenski əlavə edib ki, Ukrayna Avropadakı müttəfiqlərindən və ABŞ-dan yaxşı xəbərlər alıb.
O bildirib ki, əldə etdiyi məlumatlara görə, silah tədarükü artıq bərpa olunub.