"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, "kimyaçılar" Aleksa Yankoviçi transfer edib. 25 yaşlı vingerlə 2+1 illik müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Serbiyalı futbolçu son olaraq ölkəsinin "Radniçki" klubunda çıxış edib.
A. Yankoviç yeni komandasında 11 nömrəli formanı tərlədəcək.
O, Pedro Pintodan sonra "Sumqayıt"ın bu yayki 2-ci transferi olub.