Braziliyanın San-Paulu şəhərində Braziliya ilə Vaşinqton arasında gərginliyin artması fonunda etirazçılar ABŞ prezidenti Donald Trampın siması olan kuklanı və Amerika bayrağını yandırılıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Metropoles” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, nümayişlərdə ictimaiyyət Ağ Ev rəhbərinin keçmiş Braziliya prezidenti Jair Bolsonaronun məhkəmə prosesinə cavab olaraq, Braziliyanın ixrac məhsullarına rüsum tətbiq etmək qərarını tənqid edib.
“Metropoles” həmçinin mitinqin ictimai təşkilatlar, eləcə də həmkarlar ittifaqları və solçu partiyaların parlamentariləri tərəfindən təşkil edildiyini bildirib.
Braziliya prezidenti Luiz İnasio Lula da Silva Amerika prezidentinin Braziliya mallarına 50% rüsumun tətbiq edilməsini absurd adlandırıb.
Braziliya lideri avqustun 1-dən ABŞ-dan gətirilən mallara güzgü rüsumunun tətbiq olunacağını da açıqlayıb. Prezidentin sözlərinə görə, bu, ABŞ rəhbərliyinin həmin tarixə qədər Braziliya məhsullarına elan edilmiş 50%-lik rüsumları ləğv etmədiyi təqdirdə həyata keçiriləcək.
QAZİLER.AZ