AZ

İndi də insan alverində ittiham olunur

Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Adını “Ye Ye” olaraq dəyişdirən amerikalı reper Kanye Uest keçmiş köməkçisi Lauren Pişotta tərəfindən cinsi təcavüz və insan alveri də daxil olmaqla bir sıra ittihamlarla məhkəməyə verilib.

Axşam.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Lauren ilk dəfə 2024-cü ilin iyununda reperi təcavüz, müqavilə şərtlərinin pozulması, qanunsuz işdən çıxarılma və düşməncəsinə iş mühiti yaratma ittihamları ilə məhkəməyə vermişdi.

Keçmiş köməkçisi indi isə Kanye tərəfindən zorladığını və karyerasında irəliləyiş üçün ondan cinsi əlaqə tələb etdiyini iddia edib.

Yeni iddia siyahısında cinsi zorakılıq, insan alveri, hücum, döymə, gender diskriminasiyası, qanunsuz azadlıqdan məhrum etmə, təqib və qəsdən emosional zərər vurma kimi ittihamlar yer alır.

Həmçinin şikayətdə bildirilir ki, ifaçı onu dar geyimlər geyinməyə məcbur edib, razılığı olmadan toxunub, digər qadınlarla olan intim səhnələrə baxmağa məcbur edib və ondan açıq-saçıq şəkillər istəyib.

Lauren işin münsiflər məhkəməsində baxılmasını və keçmiş itkiləri üçün kompensasiya tələb edib.

Reperin nümayəndələri hələ ki, vəziyyətlə bağlı açıqlama verməyiblər. Lakin daha əvvəl onun vəkili ittihamların əsassız olduğunu və qarşı tərəfə əks iddia qaldırılacağını bildirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
axsam.az

1Mənbələr