Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinə xaricdən hərbi yardımın yenidən çatdırılmağa başlandığını açıqlayıb.
O, bu barədə teleqram kanalında paylaşım edib.
“Bizim ən yüksək səviyyədə siyasi siqnallarımız var – yaxşı siqnallar, o cümlədən Amerika Birləşmiş Ştatlarından və avropalı dostlarımızdan. Bütün məlumatlara görə, tədarüklər bərpa olunub”, – deyə Zelenski bildirib.
Prezidentin bu açıqlaması Rusiya ilə davam edən müharibənin kritik mərhələsində Ukraynanın silah və texnika təminatının davam edəcəyini göstərir./Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta