UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris" növbəti transferini rəsmiləşdirib.
İdman xəbər verir ki, Saloniki klubundan rəsmi açıqlamaya yayılıb.
Komanda Fredrik Yenseno ilə 3 illik müqavilə imzalayıb. "Auqsburq"dan ayrılan 27 yaşlı hücumameyilli yarımmüdafiəçi komandaya sərbəst agent kimi qoşulub. O, Finlandiya yığmasının üzvüdür.
Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris" arasında mərhələnin ilk oyunu iyulun 24-də Bakıda, cavab matçı isə ayın 31-də Yunanıstanda baş tutacaq.
İdman.biz