AZ

“Fənərbaxça”dan türk futbolçuya çılğın təklif

“Fənərbaxça” “Qalatasaray”ın keçmiş ulduzu Kerem Aktürkoğlunu transfer etmək üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, “Fənərbaxça” futbolçuya təklif irəli sürüb. Portuqaliya mətbuatında yer alan iddialara görə,"Fənərbaxça" "Benfika"nın futbolçusu Kerem üçün illik 4 milyon avro maaş təklif edib. İddialara görə, futbolçu təklifi rədd edib. “Beşiktaş” klubunun da Kerem Aktürkoğlunun xidmətində maraqlı olduğu iddia edilir.

Qeyd edək ki, Kerem Aktürkoğlu ötən mövsüm "Benfika"nın heyətində 53 oyunda 16 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
2
metbuat.az

1Mənbələr