AZ

Rusiyanın Qafqaz planı

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin ictimaiyyətə verdiyi Azərbaycan Rusiya münasibətləri və Ermənistanda Moskva tərəfindən Bakıya qarşı planlar üçün istifadə ediləcək qüvvələr və onlara dəstək verə biləcək Gümrüdəki hərbi bazada Rusiya əsgərlərinin sayının artırılması istəyi ilə bağlı açıqlama bir məsələni gündəmə gətirir Rusiya Ukrayna ilə müharibə şəraitində olsa da Azərbaycan məsələsini unutmayıb.

Qarabağ işğaldan azad ediləndən və 1 noyabr 3 tərəfli sülh müqaviləsindən sonra Azərbaycanın bölgədə güclənə biləcəyinə qarşı Moskva sülh və sabitləşdiricilik bəhanəsi ilə yuxarı Qarabağda sülhməramlı adı altında hərbi kontingent yerləşdirdi.

Sülhməramlı qüvvələrin məqsədi münaqişə olan bölgədə münasibətlərin yoluna qoyulması, tərəflərin arasında hər hansı savaşın olmasının qarşısını almaqdısa Moskva isə Xankəndi və digər şəhərlərdə erməni əhalinin Rusiyaya meyil etməsi üçün ideoloji təbliğat aparır, bölgədə qanunsuz silahlı birləşmələrin ləğv edilməsinə çalışmır, seperatizmin əsas başçılarının əməllərinin qarşısını almırdı.

Şübhə deyil ki, burada iki amil əsas rol oynayırdı

Birincisi, Rusiyanın Cənubi Qafqazda Yuxarı Qarabağ kimi for postu itirməmək istəyi və SSRİ dən 1923 cü ildən “ Dağlıq Qarabağ “ adı ilə geopolitik məqsədlər üçün yaradılan inzibati dairənin mövcudluğunun saxlanması. Halbuki, 10 noyabr sülh müqaviləsi və Prezident İlham Əliyevin bildirdiyi kimi həmin qondarma respublikanın daha var olmadığı məlum olsa da Moskva erməni əhalini himayə edərək Dağlıq Qarabağı yenidən canlandırmaq, orada Rusiyanın tabeliyində olan xüsusi adamları ideoloq kimi başçı tutmaq hansı ki, ən əsas nümunə Moldovada Dnestryani, Ukraynada Donetsk, Luqansk, Gürcüstanda Abxaziya və Cənubi Osetiyanı gətirmək olar.

Bu dairələrin bəziləri vaxtilə ötən əsrdə SSRİ tərəfindən yaradılmış etnik muxtar vilayətlər olmuş yaxud da məkrli məqsədlər üçün yeni ərazi bölgüsü ilə həmin ölkələrdə yaradılmışdır.

1989 90 cı ildə müstəqillik meyilləri güclənəndə həmin dairələr də Moskva tərəfindən paralel olaraq seperatçılığa başlamışdır.

Rusiya Yuxarı Qarabağda seperatçılığa dəstək verərək həmin ərazidə yenidən qondarma inzibati dairə yaratmaq Azərbaycanın daxilində regiona nəzarət etmək üçün radiolokasiya məntəqələri, hərbi baza yerləşdirmək məqsədi daşıyırdı.

Hətta, nə vaxtsa bu qüvvədən Azərbaycana qarşı hərbi müdaxilə etmək üçün də istifadə ediləcəkdi.

İkincisi, Azərbaycan Türkiyə yaxınlaşması fonunda iki ölkənin ortasında bufer zona və hərbi sədd yaratmaqla gələcək Turan İttifaqının qurulmasına mane olmaq çünki, bu alyans qurulsa birbaşa olaraq Rusiya daxilində Başqırdıstan, Yakutiya, Qazan, Tuva, Çuvaşıstan kimi türk tatar vilayətlərinin müstəqilliyə meyil etməsinə səbəb ola bilər.

Lakin, Azərbaycan 2023 cü ilin sentyabrı 19 20 sentyabrı keçirdiyi hərbi əməliyyatla Xankəndi və digər Yuxarı Qarabağ şəhərlərində suverenliyi bərpa etdi və bütün bu planlar puç oldu.

Bakı və İrəvan arasında Sülh sazişinin bağlanma ehtimalının yüksək olduğu halda Ermənistan daxilində gah keşiş Qalustanyan gah digər siyasi şəxslərin vasitəsi ilə Moskva anti Azərbaycan və revanşist qüvvələri hakimiyyətə gətirmək, ölkəmizə qarşı ərazi iddialarını qaldırmaq və bu məsələdə həmin qüvvələrə kömək edərək yeni müharibənin başlanması üçün çalışır.

Üçüncüsü, Rusiyada biznes fəaliyyəti, siyasi işlərlə məşğul olan, Moskvadakı Hakimiyyətin yüksək dairələrinə əli çatan erməni lobbisinin Qarabağa olan iddiaları onları Azərbaycan əleyhinə çıxışlar etmək, qərarlar vermək üçün həmin dairələrdən istifadə etməyə vadar edir.

Dünyanın ərazisinə görə 1 ci ordu gücünə görə ikinci olan Rusiyada erməni lobbisinin fəaliyyəti Fransa, ABŞ da mövcud olan erməni lobbisi kimi külli miqdarda maliyyə dayaqlarına, siyasi dəstəyə, hakimiyyət dairələrinə geniş təsir imkanlarına malikdir.

Saakaşvili öz çıxışında həm də bildirmişdi ki, Rusiya Ermənistanda hərbi bazadakı qüvvələrinin sayını artırmaqla Gürcüstana qarşı da hərəkətə keçmək istəyir. Çünki, Tiflis hazırda Avropa İttifaqı və NATO a qoşulmaq üçün namizəd statusundadır və mümkündür ki, ərazisində həmin birliklərin hərbi qüvvələrini yerləşdirə bilər.

Müəllif: Siyasi şərhçi İsa İsmayılov

Seçilən
13
1
turkustan.az

2Mənbələr