AZ

Tramp 14 iyulda Rusiyaya qarşı yeni sanksiyalar elan edə bilər

Tramp 14 iyulda Rusiyaya qarşı yeni sanksiyalar elan edə bilər

ABŞ prezidenti Donald Tramp 14 iyulda Rusiya əleyhinə yeni sanksiyaların tətbiqini elan edə və eyni zamanda Ukraynaya yeni hərbi yardımlar göndəriləcəyi barədə açıqlama verə bilər.

AFN.az xəbər verir ki, bu ehtimalı, "Bloomberg TV" kanalının təhlilçisi Qreq Sallivan irəli sürüb. O, Ağ Evin mövqeyinə dair qeyri-müəyyənliyi də vurğulayıb.

"Biz Rusiya əleyhinə sanksiyaların tətbiqi ilə bağlı bir açıqlama eşidə bilərik. Bu, həmçinin Ukraynaya silah tədarükü barədə elan da ola bilər. Digər tərəfdən, dövlət katibi Marko Rubionun Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşdüyünü, Ukraynanı müzakirə etdiklərini nəzərə alsaq, bu, bu məsələ ilə də bağlı ola bilər. Əsas sual budur: sanksiyalar, silah tədarükü və ya danışıqlar barədə konkret bir açıqlama veriləcəkmi, yoxsa bu yalnız riyotorika olaraq qalacaq? O zaman ABŞ-ın strateqiyasının dəyişib-dəyişməyəcəyinə dair real gözləntilərin olub-olmaması aydınlaşacaq", - deyə Sallivan bildirib.

Seçilən
16
afn.az

1Mənbələr