AZ

Bütün bunlar vəhşi dövlət təbiətindən qaynaqlanır- ÖZƏL

"Təbii ki, burada təəccüblü heç nə yoxdur. Bu - Rusiyadır. Rusiya belə olub və görünür, bundan sonra da belə davam edəcək. Biz Rusiyadan bu cür davranışlara  öyrəşmişik. Çünki bu dəyişməsi, islah edilməsi real görünmür. Rusiyanın normal, beynəlxalq hüquqa hörmət edən dövlətə çevrilməsi mümkün deyil."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Rusiyanın "normallaşmasını" yalnız onun dağılması ilə əldə etmək olar. Hazırda işğal altında olan ən azı 24 respublika və ümumilikdə 41 dövlətin azadlığa buraxılması normal bir formaya keçid üçün birbaşa yoldur. Çünki rus millətinin bu qədər böyük ərazini və müxtəlif xalqları düzgün və insani şəkildə idarə etmək qabiliyyəti yoxdur. Rusiya ancaq zorakılıq, təzyiq və vəhşi metodlarla idarə etməyə çalışır.

21-ci əsrdə bu cür davranışlarla mövcud olan bir dövlətin yaşaması insanlıq üçün təhlükədir. Buna görə də Rusiyanın yerində qurulacaq yeni 41 dövləti qarşılamağa hazırlaşmalıyıq.

Rusiya son zamanlar daha da aqressivləşib. Bir tərəfdən qonşu ökələrə hücum edir, onların torpaqlarını işğal və ilhaq edir. 2008-ci ildə Gürcüstanın ərazilərini işğal etdi. 2014-cü ildə Ukraynanın Krım bölgəsini işğal və ilhaq etdi.2022-ci ilin fevralından Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyat başladı, Şərq bölgələrini işğal etdi və bu əraziləri nəzarətdə saxlayır.

Bundan başqa, qardaş Qazaxıstana  qarşı da dil uzadır, digər postsovet dövlətlərinə hücum mesajları verir. Daxildə azərbaycanlılara qarşı təzyiqlər, polis zorakılığı və digər təqiblər adi hala çevrilib. Bütün bunlar vəhşi dövlət təbiətindən qaynaqlanır.

Bu məqsədlə mütərəqqi bəşəriyyət, o cümlədən də Azərbaycanda sağlam və obyektiv düşünə bilən hər kəs Rusiyanın mümkün qədər tez bir dövlət kimi dağılması və yerində müstəqil dövlətlərin qurulmasına öz töhfəsini verməlidir."

 

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr