AZ

Abortla bağlı yeni qanun qəbul edilə bilərVİDEO

Bu il qanunsuz abortlarla bağlı yeni qanun qəbul edilə bilər.

Xezerxeber.az-ın məlumatına görə, əvvəllər qanunsuz abort edənlər yalnız cərimələnirdisə, hazırda bununla bağlı tətbiq edilən sanksiyalar daha da sərtləşdirilib.

Bunu Milli Məclisin, Komitələrin və Komissiyaların işinin təşkili şöbəsinin əməkdaşı Aynur Veysəlova deyib.

Onun sözlərinə görə, "Reproduktiv sağlamlıq haqqında" qanunun qəbul olunması istiqamətində də işlər davam etdirilir.

Bu ilin payızında məsələnin yenidən gündəmə gələcəyi və qanun layihəsinin  qəbul olunacağı gözlənilir.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov isə qeyd edib ki, Azərbaycanda abort daha çox 25-34 yaş arasında olan gənclər arasında yayılıb.

Müzakirə zamanı jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Məryəm Məcidova isə Azərbaycanda gender balansının pozulması ilə bağlı son statisktik rəqəmləri diqqətə çatdırıb.  

O qeyd edib ki, bu disbalans artıq birinci siniflərdə, uşaq bağçalarında özünü göstərir.

Qeyd edək ki, mövcud qanuna görə hər bir qadının abort etdirmək hüququ var, lakin bu hüquq yalnız dölün cinsi müəyyən olunmamış dövrə, yəni hamiləliyin ilk 12 həftəsinə qədər keçərlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
14
xezerxeber.az

1Mənbələr