AZ

Polisin göstərişini düzgün icra etməyən sürücülər avtobus zolağına girib qayda pozdular VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Bakıda yol hərəkəti qaydasını pozan sürücülət kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 16-da, paytaxtın Neftçilər prospektində qeydə alınıb. Videodan da göründüyü kimi, Azneft dairəsində yol polisi əməkdaşı sürücüləri avtobus zolağına yönləndirir. Lakin polisin bu göstərişinin növbəti yolayrıcına qədər qüvvədə olmasından xəbərsiz olan sürücülər avtobus zolağına daxil olaraq qaydaları pozublar. Belə ki, 77-SY-927 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü avtobus zolağına daxil olaraq yoluna davam edib.

67-CA-542 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü isə həmin zolağa qismən daxil olaraq sərnişin mindirib.

Sözügedən videonu təqdim edirik.

Fərid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
avtosfer.az

1Mənbələr