AZ

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

Məşhur ingilis futbolçu Cordan Henderson karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirəcək.

Fanat.Az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi "Brentford" ilə 2 illik müqavilə bağlayacaq.

Bu barədə məlumatı "Athletic" yayıb.

Klub tərəfindən rəsmi açıqlama Dieqo Jotanın ölümü səbəbindən gələn həftəyə təxirə salınıb.

Qeyd edək ki, ötən mövsümü "Ayaks"ın heyətində keçirən Henderson 45 matçda 1 qol 6 asistlə fərqlənib.

Kamil Xudiyev

Seçilən
0
fanat.az

1Mənbələr