AZ

28 yaşlı oğlan sevgilisinə xəsarət yetirdi —TƏFƏRRÜAT

Abşeron rayonunda 28 yaşlı oğlanın sevgilisi ilə arasında qısqanclıq zəminində yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə hadisə ötən ilin fevralın 26-da Xırdalan şəhərində baş verib. 

Gəncə şəhər sakini, 1997-ci il təvəllüdlü Rəvan Babayev dostu Asim Abdulayevlə birlikdə sevgilisinin evində olublar. 

Bu zaman 28 yaşlı oğlanın sevgilisi Sürayə Əhmədova (ad-soyadlar şərtidir – red.) Asimə intim münasibətdə olmağı təklif edib. Bunu bilən Rəvan sevgilisi ilə mübahisəsi yaranıb. 

Aralarında yaranan mübahisə sonda cinayətlə nəticələnib. O, yumruqla sevgilisinin baş nahiyyəsinə çoxsaylı zərbələr vurub. Qadın müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə bağlı xəstəxanaya müraciət edib. Həkim müayinəsindən keçən qadın daha sonra hüquq-mühafizə orqanlarına müraciət edib. 

Hadisəni törədən Rəvanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə izahat verən Rəvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmişlə barışdığını, barəsində olan cinayət təqibinə xitam verilməsini istəyib. 
Bundan əlavə zərərçəkmiş də ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona qarşı olan şikayətinin geri götürdüyünü deyib. 

Bu işə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə onların barışmasını nəzərə alıb. Bu səbəbdən müttəhimin barəsində olan cinayət işinə  Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli
Demokrat.az
Seçilən
2
1
demokrat.az

2Mənbələr