Daha iki basketbol klubu Azərbaycanı avrokuboklarda təmsil edəcək.
Offsideplus.az xəbər verir ki, Azərbaycan Basketbol Liqasında çıxış edən "Neftçi" İK və "Abşeron Lions" klubları, tarixlərində ilk dəfə Avropa basketbol səhnəsində yer alacaqlar.
"Neftçi" İK FİBA Avropa Kubokunun 2025/26-cı illər müntəzəm mövsümündə, "Abşeron Lions" isə təsnifat mərhələsində ölkəmizi təmsil edəcək.
Qeyd edək ki, son çempion "Sabah" isə FIBA Çempionlar Liqasında mübarizə aparacaq.