AZ

“Lui Vitton”un Britaniya bölməsi kiberhücuma məruz QALDI

“LVMH Moet Hennessy Louis Vuitton SA”nın Britaniya bölməsi kiberhücuma məruz qalıb, nəticədə bəzi müştəri məlumatları oğurlanıb.

Viral.az xəbər verir ki, bu barədə şirkət müştərilərinə məlumat verib.

Qeyd olunur ki, “Louis Vuitton UK” sistemlərinə icazəsiz giriş iyulun 2-də baş verib. Hakerlər adlara, istifadəçilərin əlaqə məlumatlarına və alış tarixçəsinə giriş əldə ediblər. Lakin hakerlərin maliyyə məlumatlarına, o cümlədən müştərilərin bank rekvizitlərinə çıxışı olmayıb.

Son Yazılar:

“Məlumatlarınızın sizin zərərinizə istifadə edildiyinə dair heç bir sübut olmasa da, sizi mümkün fişinq, fırıldaqçılıq və ya məlumatınızdan icazəsiz istifadə cəhdləri barədə xəbərdar edirik”, – məlumatda bildirilir.

Şirkət kiberhücumla bağlı aidiyyəti qurumları da xəbərdar edib.

“Bloomberg” qeyd edir ki, bu, artıq son aylarda LVMH-yə üçüncü haker hücumudur. Məsələn, onun “Louis Vuitton Korea” bölməsi keçən həftə bəzi müştəri məlumatlarının oğurlanması ilə nəticələnən oxşar kiberhücumları araşdırdığını açıqlamışdı.

May ayında LVMH-ə məxsus “Christian Dior Couture” brendi də kiberhücum barədə məlumat vermişdi.

Bu ilin əvvəlində isə Britaniyanın moda pərakəndə satış şirkəti “Marks & Spencer” (M&S) böyük bir haker hücumuna məruz qalmış və bunun nəticələrini 300 milyon funt sterlinq dəyərində qiymətləndirmişdi.

Seçilən
10
5
viral.az

6Mənbələr