AZ

ABŞ Senatı Ukrayna üçün 500 milyon dollarlıq silah yardımını təsdiqləyib

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi 2026-cı maliyyə ili üçün ABŞ-ın Milli Müdafiə Səlahiyyəti Qanununun bir hissəsi kimi Ukraynaya təhlükəsizlik yardımı kimi 500 milyon dollar məbləğində yardımın verilməsini təsdiqləyib.

APA xəbər verir ki, bu haqda mənbələr istinadən “Reuters” məlumat verib.

Qeyd edək ki, bu qanun layihəsi ABŞ silahlı qüvvələrinin maliyyələşdirmə səviyyəsini və səlahiyyətlərini müəyyən edən illik sənəddir. O, ABŞ ordusunun öz vəzifələrini yerinə yetirmək üçün lazımi resurslara malik olmasını təmin edir və silah istehsalçıları, xüsusilə “Lockheed Martin” və “Boeing” tərəfindən yaxından izlənilir.

“Reuters”in məlumatına görə, qanun layihəsi 2025-ci il iyulun 9-da komitə tərəfindən 1-ə qarşı 26 səs çoxluğu ilə təsdiqlənib.

Burada Ukraynaya yardımın müddətinin 2028-ci ilə qədər uzadılması və onun maliyyələşdirilməsinin 2025-ci il üçün nəzərdə tutulan 300 milyon dollarla müqayisədə 500 milyon dollara çatdırılması müddəası da yer alır.

Seçilən
14
6
apa.az

7Mənbələr