ain.az bildirir, Dogru.az portalına istinadən.
Dağıstan üzrə İstintaq Komitəsi vilayətin Maqaramkent rayonunun mənzil-kommunal təsərrüfatı idarəsinin rəisinin içməli sudan kütləvi zəhərlənmə hadisəsi ilə bağlı həbs olunduğunu açıqlayıb.
Doğru.az xəbər verir ki, idarənin Telegram kanalında bildirilib ki, məhkəmə istintaqın tələbi ilə Maqaramkent rayonu “MİS” bələdiyyə büdcə müəssisəsinin direktoru barəsində həbs-qətimkan tədbiri seçilib. Onun sentyabrın 9-dan əvvəl həbs edildiyi qeyd olunub.
Bundan əvvəl Maqaramkent rayonunda içməli sudan zəhərlənənlərin sayı 372 nəfərə çatdığı bildirilmişdi.
DOĞRU.AZ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.