AZ

​​​​“Youtube” bu bölməni aradan qaldırır

“YouTube” 2015-ci ildən bəri fəaliyyət göstərən və platformanın simvollarından biri sayılan "trendler" bölməsini yaxın həftələrdə tamamilə ləğv edəcəyini açıqlayıb. 

Valyuta.az xəbər verir ki, şirkətin rəsmi bloqunda yayımlanan açıqlamaya görə, "trendler" bölməsi bir zamanlar istifadəçilər tərəfindən tez-tez ziyarət olunsa da, son illərdə bu maraq ciddi şəkildə azalıb. Artıq trend anlayışı bir videoyla ifadə olunmur; əksinə, fərqli istifadəçi qruplarının daxilində çoxsaylı mikro-trendlər formalaşır. “YouTube” bu dəyişikliklərin "trendler" səhifəsinin funksionallığını itirməsinə səbəb olduğunu bildirir.

İstifadəçilər üçün nə dəyişəcək?

Əslində bu dəyişiklik istifadəçilər üçün ciddi bir fərq yaratmayacaq. “YouTube” uzun müddətdir ki, "YouTube siyahısı" adlı yeni bölməni inkişaf etdirir. Bu bölmədə musiqi videoları, podkastlar və film treylerləri kimi müxtəlif kateqoriyalar üzrə ən populyar məzmunlar təqdim olunur.
Gələcəkdə bu siyahıların sayı daha da artırılacaq və istifadəçilərə daha fərdiləşdirilmiş və əhatəli məzmun təcrübəsi təqdim ediləcək.

Nə üçün bu qərar təəccüblü deyil?

“YouTube”un bu addımı istifadəçi davranışlarındakı dəyişiklikləri nəzərə aldıqda çox da gözlənilməz deyil. "Shorts", "Reels" və "TikTok" kimi formatlar istifadəçilərin məzmuna yanaşma tərzini artıq dəyişdirib. Bu platformalar sayəsində insanlar trendləri fərdi şəkildə və daha sürətlə izləyə bilirlər.

Beləliklə, "YouTube"un "trendler" bölməsini ləğv etməsi həm texnoloji, həm də istifadəçi yönümlü inkişafların təbii nəticəsi kimi qiymətləndirilir.

Sərvanə Rəmixanova

Seçilən
9
valyuta.az

1Mənbələr