AZ

“Qarabağ”a qayıtması gündəmə gəldi, ərəblərin təklifini geri çevirdi

“Qarabağ”ın sabiq qolçusu Juninyo Olavionun klubu “Flamenqo”dakı taleyinə aydınlıq gəlib.

Sportinfo.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu hazırkı komandasında çıxışını davam etdirəcək.

“Qarabağ”ın da maraq dairəsində olan Juninyo üçün Səudiyyə Ərəbistanının iki klubu “Flamenqo”nun qapısını döysə də, braziliyalılar hər iki təklifi rədd edib.

Məşqçilər korpusu indiyə qədər cəmi 7 matçda start heyətində meydana çıxan forvarda mövsümün ikinci yarısında daha çox şans verməyi planlaşdırır.

Hətta rəhbərlik Juninyonun formaya düşəcəyi təqdirdə Braziliya millisinə dəvət alacağına da inanır.

İlin əvvəlində “Qarabağ”dan 5 milyon avroya transfer edilən Juninyonun “Flamenqo” ilə müqavilə müddəti 2028-ci ilin sonuna qədərdir.

Seçilən
4
sportinfo.az

1Mənbələr