Hondurasın Omoa şəhərində yeni evlənmiş cütlüyün bal ayı faciə ilə nəticələnib.
KONKRET.az xəbər verir ki, Tequsiqalpa şəhərindən olan 23 yaşlı Stefani Lusero Elvir və onun həyat yoldaşı Kristian Samir Alvares Molina iyunun 28-də evləniblər və istirahət üçün Omoaya yollanıblar.
Cütlük çimərlikdə şəkil çəkdirərkən güclü tufan başlayıb. Bu zaman Elviri ildırım vurub. Ağır yaralanan qadın xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Əri isə ciddi xəsarətlərlə sağ qalıb.
Yaxınlarının sözlərinə görə, Elvir nikahdan bir qədər əvvəl ali təhsilini başa vurmaq üzrə idi və həyat dolu, mehriban bir insan kimi tanınırdı.
Natiq Səlim,
KONKRET.az