AZ

Trampın sərt açıqlaması dünyanı təşvişə saldı: Moskva bombalana bilər? - ŞƏRH

ABŞ Prezidenti Donald Trampın Moskvanı bombalamağı təhdid etdiyi iddiaları, son günlər beynəlxalq mətbuatın diqqət mərkəzinə çevrilib. CNN-in yayımladığı səs yazısına görə, Tramp 2024-cü ildəki seçki kampaniyası zamanı donorlarla keçirilən məxfi görüşdə, Rusiya Prezidenti Vladimir Putinə Ukraynaya müdaxilə edərsə, Moskvanı bombalayacağı barədə xəbərdarlıq edib.

Bu açıqlama, həm ABŞ, həm də Rusiya mediasında geniş müzakirələrə səbəb olub.

Rusiya hökuməti isə bu iddiaların doğruluğunu şübhə altına alıb. Kremlin mətbuat katibi Dmitri Peskov, yayımlanan səs yazısının saxta olub-olmaması barədə əmin olmadıqlarını bildirib və belə məlumatların çoxluğunu nəzərə alaraq ehtiyatlı yanaşdıqlarını vurğulayıb . Bundan əvvəl, Trampın 2024-cü ilin noyabrında Putinlə telefon danışığı zamanı Ukrayna məsələsində gərginliyi artırmaması barədə xəbərdarlıq etdiyi də bildirilmişdi, lakin Kremlin bu görüşü də rədd etdiyi açıqlanıb .

Trampın bu cür sərt bəyanatları, onun xarici siyasətindəki sərt mövqeyini və Rusiyaya qarşı tutduğu sərt kursu əks etdirir. Lakin, bu iddiaların doğruluğu hələ də mübahisəlidir və beynəlxalq münasibətlərdə yeni gərginliklərə səbəb ola bilər.

Maraqlıdır görəsən belə bir ehtimalın olması nə dərəcədə doğrudur? Rusiya hansı halda Moskvanı bombalaya bilər? Turkustan.az olaraq bu suallarımızı politoloq Samir Hümbətova ünvanladıq.

Samir

Samir Hümbətov

Trampın səs yazısının həqiqətən ona məxsus olub-olmadığı məlum deyil. Bu gün süni intellekt texnologiyalarının inkişafı səbəbindən fərqli vəziyyət yaranıb; müxtəlif şəxslərin səslərindən istifadə etmə imkanları mövcuddur. Digər tərəfdən, inanmıram ki, Amerika belə böyük bir riskə getsin. Unutmaq olmaz ki, dünyanın ən çox nüvə başlığına sahib ölkəsi Rusiyadır. Buna görə də Trampın bu cür riskli addım atacağını düşünmürəm.

Üstəlik, bu tip səs yazılarının nə dərəcədə həqiqətə uyğun olması öz-özlüyündə müzakirə mövzusudur. Eyni zamanda, ABŞ-ın Moskva paytaxtını bombalamaq cəhdi nə qədər mümkün olduğu sual altındadır və bu, real vəziyyətdən uzaq görünə bilər.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
9
1
turkustan.az

2Mənbələr