Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.
HBO ABŞ-nin keçmiş prezidenti Barak Obama və “Curb Your Enthusiasm” ssenaristi Larri Devidin ulduz tandemindən yeni komediya miniserialını elan edib.
Yeniavaz.com xəbər verir ki, Amerika tarixinə həsr olunmuş yarım saatlıq layihə ölkənin müstəqilliyinin 250-ci ildönümünə təsadüf edir.
Ssenari Larri Devid və onun tez-tez əməkdaşlıq etdiyi Ceff Şaffer tərəfindən yazılıb. Obamanın “Higher Ground” şirkəti prodüserlik edir. Aktyor heyətinə “Curb Your Enthusiasm” qrupunun üzvləri və qonaq ulduzlar daxildir.
Layihədə Obama və Devid özlərini oynayacaqlar: süjetə görə, prezident və birinci xanım ölkənin yubileyi ilə bağlı tədbir keçirməyi planlaşdırırlar... Larri Devid onlara zəng edənə qədər. 6 seriyadan ibarət olacaq serial Devidin 2024-cü ildə “Curb Your Entuziasm” üzərində işi bitirdikdən sonra ilk işi və “Higher Ground”un “Netflix” xaricindəki ilk layihəsi olacaq. İcraçı prodüserlər arasında Larri Devid, Ceff Şaffer, Barak və Mişel Obama, Vinni Malhotra və İtan Lyuis var.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.