Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar son beş ildə ilk dəfə Çinə səfər edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.
Hindistanın xarici işlər naziri Çinə səfərini bu həftə sonu edəcək.
Subrahmanyam Jaishankar Pekində çinli həmkarı Van İ ilə ikitərəfli görüş keçirəcək.
O, 14-15 iyul tarixlərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Tianjinə səfər edəcək.