Mətbəxdə soğan doğrayarkən göz yaşları içində qalmaqdan bezmisinizsə, bu üsul tam sizlikdir.
Yenisabah.az xəbər verir ki, sadə və əlçatan bu metod sayəsində artıq göz yaşına ehtiyac qalmır.
Soğan doğramaq bir çox insan üçün əsl əzaba çevrilə bilər. Gözləri yandıran və yaş axıdan bu tərəvəz, mətbəxdə ən çox qorxulan məhsullardan biridir. Ancaq təqdim olunan yeni üsulla bu problem asanlıqla aradan qalxır.
İnternetdə yayılan bir videoda, soğan doğrayarkən yanına nəm kağız dəsmal qoyan bir şəxsin heç bir problem yaşamadan, hətta gülərək soğan doğradığı görünür. Bunun səbəbi isə çox sadədir: soğan doğranarkən ortaya çıxan qazlar havaya qarışır və gözləri qıcıqlandırır. Lakin nəm dəsmal bu qazları özünə çəkərək, onların gözlərə çatmasının qarşısını alır.
Sosial mediada geniş yayılmış bu üsul bir çox istifadəçi tərəfindən sınanıb və təsdiqlənib. Artıq mətbəxdə göz yaşı tökmək əvəzinə, bu sadə texnikadan istifadə etməklə prosesi daha rahat və əyləncəli hala gətirmək mümkündür.