AZ

Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü

ain.az, Lent az portalına istinadən məlumat verir.

İsrailin Kiryat-Malaxi şəhərinin 44 sakini Abed Rəhman İsrail və İran arasında baş verən münaqişənin ilk günündə 60 yaşlı qonşusu Eti Koenin qətlində ittiham olunub.

Lent.az xarici mediaya istinadla bildirir ki, polisin məlumatına görə, Rəhman Koenin evinə onu öldürmək niyyəti ilə girdiyini etiraf edərək, yaşlı qadının "ona sehr edən cadugər" olduğuna inandığını və məqsədinin "bu lənəti aradan qaldırmaq" olduğunu deyib.

Mətbəx bıçağı ilə silahlanmış kişi yaşlı qonşuların yataq otağına daxil olub. Eti oyanıb qışqırmağa başlayanda onun boynuna bir neçə bıçaq zərbəsi endirib. Əri arvadını qorumağa çalışıb və nəticədə o da yaralanıb.

Hər iki yaralı çarpayıya yıxıldıqdan sonra Rəhman onları bıçaqlamağa davam edib. Daha sonra mənzildən çıxaraq evə qayıdıb və qətl silahını gizlədib. Yaralanan kişi yardım çağırmağa çalışsa da, dəhlizdə huşunu itirib. Onu qonşusu aşkar edib və dərhal polis və təcili yardım çağırıb.

Polis evə gələndə israilli hüquq-mühafizə orqanlarının əməkdaşlarından birini bıçaqlamağa cəhd edib.

Təqsirləndirilən şəxs barəsində məhkəmənin gedişində həbs qətimkan tədbiri seçiləcək. O, qəsdən adam öldürmə, adam öldürməyə cəhd və polis əməkdaşına ağır zərbə vurmaqda ittiham olunur.

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
lent.az

1Mənbələr